Raket vuran lazer sistemi test edildi

Baxış sayı:
5893

 ABŞ Hava Qüvvələri (USA Air Fors) raketləri vurmaq üçün inkişaf etdirdiyi lazer silah sistemlərinin müvəffəqiyyətlə test edildiyini açıqlayıb.
 
“The Verge” internet saytı ABŞ Hava Qüvvələri Laboratoriyasının lazer sistemini ötən aprel ayında Nyu Mexikoda "White Sands Missile Range" adlı ABŞ ordusunun hərbi test sahəsində müvəffəqiyyətlə test etdiyini yazıb.
Xəbərə görə, "Özündən Qorumalı Yüksək Enerjili Lazer Göstərici" (SHİELD) adı verilən lazer sistemi, yerdən bərkidilir və uçuş zamanı çoxlu hava misillərini vurmaq üçün istifadə edilir.
Uğurlu sınaq ilə bağlı açıqlama verən general-mayor Uilyam Cooley, bu sınağın enerji sistemlərini idarə etmək və düşmən təhdidlərinə qarşı qorunmaq için böyük bir addım olduğunu deyib.
Lazer sisteminin qəti və gözləmədən hədəfləri vurduğu, pilotlara digər hədəfləri də asanlıqla vurması üçün nişan almanı təmin etdiyi və məhdud bir arsenalı olmadığı ifadə edilib.
Amerikan Hava Qüvvələri sözügedən sistemlə bağlı son bir neçə ildir üzərində çalışdığı və layihənin 2016-də başladığını açıqlayıb.
Lazer sisteminin yaxın gələcəkdə təyyarələrə montaj edilərək sistemin təyyarəni hücumlardan qorumaq üçün istifadə edilməsi məqsədi güdür.
Müxalifət.az