​Rahib Bransonla bağlı ŞOK FAKTLAR – “Dua” adlı agentin ifadəsi

Baxış sayı:
3838

Türkiyədə həbs olunmuş rahib Endryu Bransonla bağlı cinayət işində adı keçən “Dua” adlı gizli şahid ölkədəki Mormon təriqətinin fəaliyyətini araşdırmağı vacib sayır. Muxalifet.az xəbər verir ki, “Dua” təqdim etdiyi CD-də adları çəkilən şəxslərin Mormon təriqətinə aid olduğunu iddia edib. Qeyd edək ki, iddianamədə yevangelist rahib Endryu Bransonun Mormon təriqəti ilə əlaqələrinin ABŞ-dakı protestant kilsəsinə aid CAMA adlı qurumdan qaynaqlandığı bildirilir. CAMA bütün kilsələrin üzərində bir struktur olduğu, ABŞ-dan xaricə gedən mormon və yevangelist din adamlarının CAMA-nın icazəsi olmadan fəaliyyət göstərməsinin mümkün olmadığı qeyd edilir. “İsa Məsihin əzizləri” adlı Mormon kilsəsi ilə yevangelist Diriliş kilsəsinin fərqli inanc qrupları olmasına baxmayaraq, hər iki kilsə rahibləri CAMA-ya bağlı olduğundan vahid strategiya əsasında fəaliyyət göstərdikləri vurğulanır. İddiada diqqət çəkən məqamlardan biri də 1990-cı ildən bu yana Türkiyədəki hərbi liseylərdə ingilis dilini tədris edən şəxslərin mormonlara aid “İsa Məsihin əzizləri” Kilsəsi Yardım Fonduna üzv olduqları, kod adlardan istifadə edən bu şəxslərin ABŞ-la telefon danışıqlarını Hindistandakı xüsusi nömrə üzərində həyata keçirdikləri söylənilir. Mormonların İstanbul şöbəsi rəhbərinin Murad Çakır adlı şəxs olduğu qeyd edilir.