​Rafael Dadaşov: “Anam bir qadın kimi mənə aşiq idi”

Baxış sayı:
12529

Xalq artisti Rafael Dadaşov Nanə Ağamalıyevanın "Şou Atv" verilişinin qonağı olub. Dadaşov gənclik illərini xatırlayaraq kövrəlib. Aktyor proqramda maraqlı açıqlamalar verib. O, gənc qızlarla yanaşı anasının da ona aşiq olduğunu dilə gətirib: “Mən o qədər yaraşıqlı olmuşam ki, anam bir qadın kimi məni sevirdi. Çox ciddiyəm. Baxmayaraq ki, ana hissləri var idi. Ancaq deyirdi ki, sənə aşiq olmamaq mümkün deyil. Mən də deyirdim ki, məni sən yaratmısan”. Dadaşov həmçinin anasının niyə məhz Rafael adını seçməsindən də bəhs edib: “Bir dəfə soruşdum ki, mənə niyə Rafael adını qoymusan? Yəni 1945-1946-cı illər, müharibə yeni-yeni tamamlanıb. Bu iki daşın arasında Rafael adı hardan ağlına gəldi? Sən demə anam rəssam Rafael Santinin aşiqi imiş. Ona görə bu adı seçib”.