​"RABİTƏ İŞİ": Məhkəmədən direktorla bağlı qərar

Baxış sayı:
3280

"Rabitə işi"ndə təqsirləndirilən Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin direktoru Namazəli Məmmədovun barəsində olan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara əsasən, Namazəli Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Namazəli Məmmədov Nərimanov rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyib.
Lakin məhkəmə onun ərizəsini təmin etməyib.
Həmin qərardan narazı qalan Namazəli Məmmədov apelyasiya şikayəti verib.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il və Namazəli Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apelyasiya şikayəti veriblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Namazəli Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.
Hazırda Vidadi Zeynalov və digər şəxslər kasasiya şikayəti veriblər. Onların şikayəti araşdırılması üçün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icratına verilib./Axar/
Məhkəmə araşdırması mayın 4-ə təyin edilib.