​Ər-Riyadla Doha arasında yeni gərginlik: Kəşfiyyat qalmaqalı

Baxış sayı:
6178

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Qətər vətəndaşını Omanla Yəmən arasındakı sərhəd məntəqəsində saxlayıb.
Muxalifet.az xəbər verir ki, hadisə 21 apreldə baş verib. Qətər Milli İnsan Haqları Komissiyasından bildiriblər ki, Qətər vətəndaşı Möhsün Saleh Sadun əl-Kərbi qohumlarını ziyarət etmək üçün Yəmənə gedərkən koalisiya qüvvələri tərəfindən saxlanılıb.
Səudiyyə Ərəbistanı mediası isə sözügedən şəxsin husilərlə əməkdaşlıq etməkdə ittiham edilən bir kəşfiyyat zabiti olduğunu bildirib.