Ər arvadını qətlə yetirdi - Sumqayıtda DƏHŞƏT

Baxış sayı:
1321

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.