​Ər arvadını arxadan vurdu - Bıçaqla

Baxış sayı:
898

Bakıda qadın ailə dramının qurbanı olub. 3 saylı şəhər kliniki xəstəxanasına kürəyindən bıçaq yarası almış Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Abbasova Turanə Əlövsət qızı gətirilib.
Teleqraf.com xəbər verir ki, zərərçəkənin vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, avqustun 8-də saat 18:00-da Abbasovaya həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vəliyev Yalçın Yusif oğlu bıçaq zərbəsi endirib. 24-cü polis bölməsinin əməkdaşları Vəliyevi saxlayaraq istintaqa təhvil veriblər. Məlumata görə, kişi arvadı ilə münasibətlərinə aydınlıq gətirərkən bıçağa əl atıb.
Faktla bağlı araşdırma aparılır.