​Qəzzada son durum: İsrail əsgərləri bu dəfə də...

Baxış sayı:
3019

İsrail əsgərləri Qəzza sərhədində 2-si uşaq olmaqla? 6 fələstinliyə atəş açaraq yaralayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Kudra yaralılardan birinin vəziyyətinin ağır olduğunu söyləyib.
Sözçü əsgərlərin ərazidəki tibbi personalı da hədəf almağa çalışdığını deyib.
Qeyd edək ki, fələstinlilər 30 martdan bu günə qədər Qəzza sərhədində “Böyüq qayıdış yürüşü” adı altında etirazlar keçirir. Etirazlar nəticəsində mart ayından bu vaxta qədər 50 fələstinli həlak olub, 7 min nəfəri isə yaralanıb.