Qəzzada şiddət dayanmır: Avropa çağırış etdi

Baxış sayı:
4156

İsrail ordusu Qəzzanı bombardmana başlayıb.

Xarici KİV-lər xəbər verir ki, hərbi təyyarələr Qəzzaya zərbələr endirib.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında ötən gündən şiddətli qarşıdurma yaşanır. İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Paris səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb.

***

İsrail ordusu havadan və qurudan Qəzzada 70-dən çox hədəfə zərbələr endirib.

Hücum nəticəsində 3 fələstinlinin öldüyü bildirilib.

Qəzzadan atılan raketlər səbəbindən isə 16 israilli xəsarət alıb.

***

Qəzzada zorakılıq sona çatdırılmalıdır.

Bunu Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

Moqerini Qəzzada son bir neçə saatdır artan gərginliyin narahatverici olduğunu bildirib, şiddəti dayandırmağa çağırış edib.