“Qəzetlərin hamısı bağlanmalıdır, çünki...”

Mehman Əliyev: “Onlar öz ayaqları üstündə durmağı bacarmırlar”

Son günlər bəzi media ekspertləri tərəfindən manatın məzənnəsinin aşağı düşməsinin ölkədə fəaliyyət göstərən bəzi qəzetlərin bağlanmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səslənməkdədir. Bununla bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qəzetlərin bağlanması ilə fəaliyyəti arasında hər hansı ciddi fərqin mövcud olmadığını bildirdi:

“Hesab edirəm ki, bu qəzetlərin hamısı bağlanmalıdır. Çünki onlar öz ayaqları üstündə durmağı bacarmırlar. Onların heç biri öz-özünü dolandırmaq gücündə deyil. Yalnız “Yeni Müsavat” qəzetinin buna nə dərəcədə qadir olub-olmadığını deyə bilmərəm. Qalan qəzetlərin vəziyyəti bəllidir. Ümumiyyətlə, Azərbaycanda media biznes institutu kimi formalaşmayıb. Buna görə də kənar yardımlardan olduqca asılıdır. Pərakəndə satış hesabına özünü dolandıran qəzet yoxdur  və bu səbəbdən də onlar elə indi də bağlanmış hesab oluna bilər”.