Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı – VİDEO

Baxış sayı:
3502

ABŞ-da yük avtomobilini idarə edən sürücü ona cərimə yazan polisin boynuna vintaçan sancaraq yaralayıb.
ABŞ-ın Ohayo ştatında meydana gələn hadisədə yük maşınlarının girişinin qadağan olduğu əraziyə girən 32 yaşlı sürücü onu saxlayaraq cərimə yazan 37 yaşlı polis məmurunun boynuna vintaçan sancıb.
Görüntülərdə polisin yük maşınının yanına gedərək sürücüyə sənədlərini geri qaytardığı və girməsinin qadağan olduğu əraziyə girdiyi üçün cərimə yazdığını söylədiyi eşidilib.
Bu zaman polisin verdiyi sənədlərə baxan sürücü yük maşınında olan vintaçanı götürərək polisə hücum edib. Polis isə sürücünü vuraraq zərərsiz hala gətirib.
ABŞ mediası polis məmurunun boynundan yaralandığını, sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edərkən, sürücünün hadisə yerində öldüyünü bildirib.