​Qəzaya baxan sürücü özü də qəza törətdi: YARALI VAR

Baxış sayı: 33

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report xəbər verir ki, 90 XH 956 dövlət qeydiyyat nişanlı "Volksvagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan 90 ZL 722 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.
Nəticədə "Volksvagen"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.