Qəzada yaralandı, təcili yardım avtomobili gəldi və... – BİR GÜNDƏ İKİ DƏFƏ QƏZAYA DÜŞDÜ

Baxış sayı:
1174

Bu gün Tovuzun Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.
APA-nın Qərb bürosunun məlumatına görə, "Daewo" markalı avtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.
Hadisə yerinə gedən təcili tibbi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.
Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.