Qəzada dünyasını dəyişən Salanın adı belə əbədiləşdirildi

Baxış sayı:
354

Təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atılıb.

Axar.az xəbər verir ki, Argentinanın "San Martin Proqreso" klubu stadionuna futbolçunun adını verib.

Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək.

Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.