​Qvardiola İtaliya çempionatına keçir?

Baxış sayı:
5422

İngiltərənin "Mançester  Siti" klubunun baş məşqçisi Pep Qvardiola İtaliya çempionatında məşqçilik edə bilər.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, Qvardiola "İtaliya klubunda çalışarsan" sualına maraqlı cavab verib. "Mənim alman futbolundan anlayışım yox idi. Əvvəllər düşünürdüm ki, ölsəm belə, Bundesliqa klubunu çalışdırmaram. Amma mənə "Bavariya"dan təklif gələrkən bu təklifi qəbul etməli olduğumu anladım. Gələcəkdə italyan klubunun birində çalışa bilərəm. Niyə də olmasın ki?" - İspan mütəxəssis deyib.
Xatırladaq kı, Pep Qvardiola futbolçu kimi İtaliyanın "Roma" və "Breşiya" klublarında çıxış eləyib.