​Qvardiola İngiltərədə Kataloniya restoranı açdı

Baxış sayı:
1693

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola restoran açıb.
Muxalifet.az məlumatına görə, Mançesterdəki "Tast Cuina Catalana" adlı iaşə müəssisəsinin müştəriləri Kataloniya mətbəxinin təamlarını dadacaqlar. Üçmərtəbəli restoranda bar və açıq mətbəx fəaliyyət göstərir. Orada Kataloniyanın firma yeməkləri təqdim olunacaq.
Qeyd edək ki, Xosep Qvardiola İspaniyanın Kataloniya əyalətindədir. O, mayda Kataloniyanın müstəqilliyinə dəstək məqsədilə sarı lent gəzdirdiyi üçün 20 min funt sterlinq məbləğində cərimələnib.