Qvardiola İngiltərədə ilin məşqçisi seçildi

Baxış sayı:
5581

“Mançester Siti” klubunun çalışdırıcısı Xosep Qvardiola yenə “ilin məşqçisi” adına layiq görülüb. Bu haqda Gazeta.ru xəbər verir.
Son turda “Mançester Siti” “Brayton” üzərində inamlı qələbə qazanıb və ard-arda ikinci dəfə çempionluq zirvəsinə yüksəlib. 
Komandasının ardınca Qvardiolada ikinci dəfə “ilin məşqçisi” seçilib. Öncə İngiltərə Premyer-Liqasında belə göstəriciyə Aleks Fergüson və Joze Mourinyo nail olublar.