Quterreşdən Trampa İranla bağlı - ÇAĞIRIŞ

Baxış sayı:
4162

BMT Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampı İranla bağlanmış nüvə sazişindən imtina etməməyə çağırıb.
Muxalifət.az xəbər verir ki, baş katib əks halda Yaxın Şərqin daha təhlükəli bir bölgəyə çevriləcəyini bildirib.
“Bir gün hazırkı sazişi əvəz edəcək daha yaxşı razılaşmanın əldə olunması əla olardı. Ancaq biz İranla bağlanmış razılaşmadan imtina etməli deyilik, çünki başqa alternativimiz yoxdur”,- deyə “Qardian” Antonio Quterreşdən sitat gətirib.
Qeyd edək ki, Tramp İranla bağlanmış nüvə sazişinə dair yekun qərarını mayın 12-si verəcəyini açıqlayıb.