​Quterreş Ərdoğanı dəstəklədi - BMT TŞ ilə bağlı

Baxış sayı:
2290

Dünya siyasi arenasına yeni oyunçular çıxdıqca bəşəriyyətdəki situasiya çətinləşir və soyuq müharibə üçün imkan yaranır.
Muxalifət.az xəbər verir ki, bunu BMT katibi Antonio Quterreş deyib. Onun sözlərinə görə, ABŞ və Rusiya daha əvvəlki kimi hər kəsi idarə edə bilmir:
“O zaman ABŞ və SSRİ arasında ciddi konflikt var idi. İndi Vaşinqton və Moskva hər kəsi idarə edə bilmir. Çox ölkələr öz regionlarında aktivdirlər. Bunlar sırasında Türkiyə, İran, Səudiyyə Ərəbistanı var. Artıq iki idarə edilən blok yoxdur”.
O, BMT Təhlükəsizlik Şurasının struktur problemlərinin olduğunu bildirib. Quterreş bu orqanın dünyadakı qüvvələr balansını artıq əks etdirmədiyini deyib.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan dünyanın “5-dən böyük” olduğunu deyərək, BMT TŞ-nin daimi üzvlərinin sayının artırılmasının vacibliyini dəfələrlə önə çəkib.