​Quterreş: Dünya buna mane olmalıdır

Şimali Koreya ətrafında müharibənin başlanması faciəyə səbəb olacaq.
Bunu jurnalistlərə açıqlamasında BMT Baş katibi Antonio Quterreş söyləyib. Onun sözlərinə görə, bu faciədən qaçmağa Koreya yarımadasının nüvə silahından təmizlənməsi yardım edəcək.
“Müharibənin başlanması faciə olacaq və biz bu faciədən qaçmalıyıq. Beynəlxalq ictimaiyyət buna mane olmalıdır”, - baş katib deyib.