​"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - GÜNÜN SENSASİYASI

Baxış sayı:
2188

Azərbaycandan qaçan Hüseyn Abdullayev cinayətlərinə görə cavab verəcək
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.
Muxalifət.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev aprelin 21-də Türkiyədə saxlanılıb və aprelin 22-də təyyarə ilə Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.