​Qusarda toyda qətl törədən şəxsə HÖKM OXUNDU

Baxış sayı:
7540

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Mirzəbəyov 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda rayon sakini S.Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirovu bıçaqla qətlə yetirib.
Hadisə rayonda keçirilən toy məclisində baş verib.
S.Mirzəbəyov Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq saxlanılıb./trend/