Qusarda sevgililər qəbiristanlığı - VİDEO

Baxış sayı:
5467

Qusar rayonu qədim yaşayış məskənlərindəndir. Rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıq da buna misal ola bilər. Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Yastı formada olan qadın, papaq şəklində olan isə kişi qəbri olmasını nişan verir. El arasında buraya "Sevgililər qəbiristanlığı" da deyilir. Həzrə kənd sakinlərinin sözlərinə görə, kənddə bir neçə qədim qəbiristanlıq var. Onların arasında "Sevgililər qəbiristanlığı" kimi bilinən bu məzarlıq diqqət çəkir. Məzarlıq haqqında deyilən ən maraqlı məlumat odur ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qadın və kişi yan-yana basdırılıb, onların yanında demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı uzaq əsrlərə qədər gedib çıxır. Buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub. Muxalifet.az "Xəzər-Xəbər"in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edir: