​Qusarda ev, Gəncədə kafe yandı - FHN

Baxış sayı:
2452

Qusarda yanğın qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Qusar rayonunun Suvacal kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gəncədə də yanğın qeydə alınıb.
Şəhərin Nizami rayonununda ümumi sahəsi 70 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.