Qusarda 11 yaşlı uşaq kanalda boğulub

Qusar rayonunda bədbəxt hadisə baş verib.
 
Rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda boğulub.
 Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 Faktla bağlı araşdırmalar davam etdirilir.