"Quş qripi" QAYIDIR - Təhlükənin yüksək səviyyəyə çatdığı elan edildi

Koreya Respublikasında yenidən quş qripi təhlükəsi yaranıb.
Muxalifət.az xəbər verir ki, Koreyanın Ərzaq, Kənd Təsərrüfatı və Balıq Təsərrürfatı Nazirliyinin rəsmi saytında yayımlanan məlumata görə, cari ilin fevral ayından etibarən bir sıra fermerlarda quşların (toyuqlar, ördəklər) kütləvi şəkildə tələf olduğu müşahidə edilib. Aparılan araşdırmalar zamanı H5N6 "quş qripi" virusunun yüksək patogen forması aşkar edilib.
Məlumatda deyilir ki, virus xüsusilə Koçxanqun rayonunda yerləşən ördək fermasında qeydə alınıb. Tələf olan quşlardan alınan nümunələr labarotoriyalarda yoxlandıqdan sonra quşların “H5N6” virusunda tələf olduqları dəqiqləşib.
2016-cı ilin noyabrına qədər Koreya Respublikasında H5N6 "quş qripi" virusundan 38 milyon quş öldürülmüşdu.
Nazirlik virusun yayılmasının qarşısını almaq məqsədilə həyəcan təbili çalıb. Bütün ölkə üzrə quşçuluq fermalarında dezinfeksiya işləri aparılır. Ölkədə "quş qripi" təhlükəsinin yüksək səviyyəyə çatdığı rəsmi surətdə elan edilib./publika/