“Qurtuluş savaşı başladığı gün mən doğuldum” - ATATÜRK

Bir an tək qaldım və düşündüm. Bu dəqiqə düşmənlərimin (Padişah Vəhdətdin nəzərdə tutulur-red.) əlindəydim. Mənə istədiklərini edə bilərdilər, – başımda bir şimşək çaxdı, - tuta bilərlər, sürgün edə bilərlər, lakin öldürmək... Bunun üçün məni Qara dənizin coşqun dalğaları arasında yaxalamaq lazımdır.
 
Bu sözləri Mustafa Kamal Atatatürk İzmirin işğalına başlanandan və Osmanlı dövlətinin buna seyrçi mövqedə qalmasından bir gün sonra Samsuna gəmiylə getmək qərarı verdiyi gün dostunun “Səni Qara dənizdə batıracaqlar” sözünə cavab olaraq demişdi.
Böyük öndər səfərdən öncə padşah Vəhdətdinlə görüşdü və anasıyla vidalaşdı.
...19 may 1919-cu il Türkiyənin Samsun şəhərində Qurtuluş savaşının başladığı tarixdir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk bu tarix barədə “mənim doğum günüm” sözlərini işlədib. Mayın 19-u Atatürkün doğum günü hər il Türkiyədə Gənclik və idman bayramı kimi qeyd olunur. Bu gün türklər "Ata" adlandırdıqları Atatürkü hörmətlə anırlar...