​Qurd xəstəliyi olan uşaqlarla bağlı VACİB ADDIM

Baxış sayı:
202

Qurd xəstəliyi aşkarlanan uşaqlara dərman veriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyevin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrdə bildirilir.
Əmrə əsasən qurd invaziyası hallarının azaldılması üçün əhalini ambulator müayinələrə və müalicəyə cəlb etmək məqsədilə qurd invaziyasına dair maarifləndirici görüşlər təşkil olunmalı, müxtəlif maarifləndirici materiallar çap edilərək paylanmalı və video çarxlar hazırlanmalıdır.
Qurd invaziyası aşkarlanan uşaqları və onlarla sıx əlaqədə olanları qurd əleyhinə dərman vasitələri ilə təmin ediləcək.