Qurbanov "Qarabağ"ın darmadağınından danışdı

Baxış sayı:
4162

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunda "Sabah"a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
Muxalifet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş haqda danışıb.
O, vacib qələbə qazandıqlarını bildirib:
"Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. "Sabah"a qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirilər. Dinamik komanda gördük".
Qurbanov bildirib ki, hər oyundan sonrakı oyun ən çətindir:
"Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir".
"Sabah"ın baş məşqçisi Elşad Əhmədiv isə Qarabağ"ın onları hər cəhətdən üstələdiyini söyləyib:
"Heyətdə itkilərimizin olması özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı".