Qurban Yetirmişli İrandakı zəlzələnin Azərbaycana təsirindən DANIŞDI

"İranda baş verən yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz. Ölkədə heç bir təhlükəli vəziyyət, dağıdıcı zəlzələlərin olma ehtimalı yoxdur.”
Muxalifət.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişli bildirib ki. cənub zonasında həmsərhəd rayonlarda yeraltı təkanlar insanlar tərəfindən yüngül hiss edilib. Onun sözlərinə görə, sorğu zamanı Cənub zonasında yaşayan əhalinin zəlzələni hiss etdiyi məlum olub:
“İrandakı zəlzələ Naxçıvanda, Cənub zonasında həmsərhəd rayonlar Lənkəran, Lerik, Yardımlıda çox zəif dərəcədə hiss olunub.”
Xatırladaq ki, İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə 3 əyalətdə güclü dağıntılar baş verib, çoxlu sayta ölən və xəsarət alanın olduğu bildirilir.