Qurban Qurbanovun oğlu millimizdə poker etdi

Baxış sayı:
5194

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, millimiz İspaniyanın "Ranero" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı poker edib. Yığmamızın digər qollarını isə İdris İnqilablı və Kamran Quliyev vurub.
Qeyd edək ki, Vüqar Məmmədin komandası ilk yoxlama görüşündə ispaniyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.