​Qurban Qurbanovdan çempionluq AÇIQLAMASI

Baxış sayı:
1684

Əvvəla, futbolçularımı təbrik edirəm. Biz mövsüm boyu ikinci olduq, amma son həftələrdə liderliyə yüksəldik.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov çempionluq oyunundan dərhal sonra verdiyi açıqlamada deyib.
"Çempionatı kubokla başa vurduğumuz üçün çox sevincliyəm. Mən daim futbolçularımın yanında idim, çünki onların necə çətinliklər çəkdiyini, məsuliyyətli olduğunu görürdüm və onlara inanırdım. Şükür ki, sonda çempionluğu qazandıq. Bütün "Qarabağ" azarkeşlərini və rəhbərliyi təbrik edirəm", - Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" "Səbail"i 4-0 məğlub edərək, Topaz Premyer Liqasının qalibi olub.