​Qurban Qurbanov Rəşad Sadıqovun komandası ilə görüşdü

Baxış sayı:
358

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və əsas millimizin baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun başçılıq etdiyi 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.
Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.