​Qurban Qurbanov "Qarabağ"ı tərk edir?

Baxış sayı:
9460

Avropa klublarından ciddi bir təklifim yoxdur, olmayıb da. Açığı, bu barədə düşünmürəm.
Muxalifet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını Avropada davam etdimək ehtimalına münasibət bildirərkən deyib.
46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib: “Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm - bu düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. “Qarabağ”da 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm”.