​Qurban Qurbanov millimizə baş məşqçi TƏYİN EDİLDİ

Millimizin yeni baş məşqçisi müəyyənləşib.
Muxalifət.az
-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.
Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.