Qurban Qurbanov: "Hələ heç nə bitməyib"

Baxış sayı:
7867

“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz üçün məğlub olduq”.

Bunu futbolu üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb. Q.Qurbanov uğursuzluğa belə şərh verib: “Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".