Qurban bayramı tətili 10 gün olacaq - TÜRKİYƏDƏ

Ölkədə Qurban bayramı tətili avqustun 28-də başlayacaq
 
Türkiyədə Qurban Bayramı tətili 10 gün olacaq.
Türkiyə KİV xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin toplatısından sonra baş nazirin müavini və Nazirlər Kabinetinin sözçüsü Bəkir Bozdağ bildirib.
O qeyd edib ki, Qurban bayramı tətili avqustun 28-də başlayacaq.
B.Bozdağ deyib ki, tətil haqqında qərar verilərkən 30 avqust Zəfər bayramı və Qurban bayramında vətəndaşların ailələrini ziyarətləri, turizm sektorunda canlanmanı, ticarət sahəsinə müsbət təsiri nəzərə alıblar.