Qurban bayramı nə zamandır? - DƏQİQ VAXT
14-08-2017 17:48
Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 1-i və 2-si qeyd olunacaq.
Metbuat.az bildirir ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 qeyri-iş günü olacaq. Belə ki, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Qurban bayramı ilə əlqədar sentyabrın 1-dən 5-dək tətil olacaq.
Qeyd edək ki, sentyabrın 5-i iş günüdür.