Quranın dəyişməsini tələb edən FRANSAYA TÜRKİYƏDƏN SƏRT SÖZLƏR

Baxış sayı:
5434

Fransada 300 nəfərin Qurani-Kərimdən bəzi ifadələrin çıxarılmasını istəmələrinə qarşılıq Türkiyə Diyanətindən sərt təpkilər gəlib.
 
 Türkiyə Diyanət İdarəsindən edilən yazılı açıqlamada, Fransada qoca bir Yəhudi qadının öldürülməsindən sonra ortaya çıxan bir sıra mübahisələrlə əlaqəli olaraq bəzi mərkəzlər tərəfindən Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı bir iftira kampaniyası başladığı və həddi aşan təxribat xarakterli təkliflər dilə gətirildiyi bildirilib.
 
“HƏDSİZ BİR HƏRƏKƏTDİR, HÖRMƏTSİZLİKDİR"
 
Açıqlamada müəyyən anlayışa malik bir qrup tərəfindən həddsiz bir hərəkətlə Quranı Kərimdən bəzi ayələrin çıxarılmasının təklif edildiyi bildirilmişdir. Buna qarşılıq olaraq Diyanət, Quran ayələrinin kontekstindən ayrılaraq onlara səhv mənalar yüklənməsinin elmi və əxlaqi baxımdan heç vaxt qəbul edilməyəcəyini vurğulayıb.
 
QİYAMƏTƏ QƏDƏR BİR HƏRFİ BELƏ DƏYİŞMƏYƏCƏK
 
Açıqlamada bunlar qeyd edilib:
“Bütün Müsəlmanların istisnasız birgə inancına görə, Quran Allahın endirdiyi son kitabdır. Bu ilahi kəlam, heç bir hərfi dəyişmədən günümüzə qədər gəlmişdir, qiyamətə qədər də dəyişməyəcək və dəyişdirilməyəcək. Qurani-Kərimə görə, inancı nə olursa, olsun, insan həyatı dəyərlidir, toxunulmazdır, hətta bir insanın haqsız yerə öldürülməsi bütün insanların öldürülməsi, bir insanın yaşadılması isə bütün bəşəriyyətin yaşadılması kimidir".
Müxalifət.az