Ququş Ermənistanda konsert verəcək

Əslən cənubi azərbaycanlı olan müğənni Ququş (Faiqə Atəşin) İrəvanda konsert verəcək.
 
Bu barədə müğənni instaqramda məlumat verib. O, təqvim şəkli paylaşaraq avqustun 31-də İrəvanda konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb.
Cənubi azərbaycanlı ifaçı sentyabrın 2-də Tbilisidə, 7-də isə Kiprdə konsert verəcək.
Məlumat üçün bildirək ki, Ququşun konsert turu cədvəlində Azərbaycanın adı yoxdur.