​Quql və Feysbuk nəzarətdən çıxacaq - MKİ-nin keçmiş agenti

ABŞ-ın Quql və Feysbuku idarə etməsi çox çətin olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və analitik Cek Rays deyib.
O bildirib ki, belə nəhəng şirkətlərin dəqiq olaraq harada yerləşdiyi məlum deyil:
“Quql, Feysbuk və Tvitteri nə dərəcədə idarə etmək mümkün olacaq? Bu şirkətləri cərimələmək, yaxud müəyyən çərçivədə fəaliyyət göstərməyə təşviq etmək mümkündürmü? Əsas problem odur ki, nəhəng şirkətlərin yeri bəlli deyil. ABŞ, Qərbi Avropa, Cənub-Şərqi Asiyada böyük ofisləri var. Lakin mərkəzin harada olmasını anlamaq çətindir. Üstəlik şəbəkələrin əhatəli şəkildə idarəedilməyə cəhd edilməsi böyük problemlər yaradacaq”.