​Qum fırtınası 20 avtomobilin toqquşmasına səbəb oldu – TÜRKİYƏDƏ

Türkiyədə Aksaray - Konya avtomobil yolunun 8-ci kilometrində zəncirvari qəza baş verib.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qum fırtınası səbəbindən 20 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 22 nəfər isə yaralanıb.
Yaralananlar xəstəxanalara yerləşdirilib. Yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.