Qulu Məhərrəmlidən deputata sərt cavab – “Özlərinə hörmət edən…”

Baxış sayı:
3397

Dövlət himni və gerbimiz haqqında başlanmış birtərəfli müzakirələr yersizdir, kampaniya xarakteri daşıyır və xoş məqsədlərə xidmət etmir.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri media eksperti, professor Qulu Məhərrəmli Milli Məclisdə deputat Rəfael Hüseynovun “himnin sözləri anlaşılmazdır” sözlərinə münasibət bildirərkən deyib. Q.Məhərrəmli bildirib ki, özlərinə hörmət edən cəmiyyətlər Cümhuriyyətlərinin 100, dövlət müstəqilliklərinin bərpasının 27-ci ilində “himnin sözləri anlaşılmazdır” kimi diskussiyalar aparmır:
“Milli liderlərə qarşı dava açmırlar. Həqiqi dövlət düşüncəsini və millətin istiqlalını ruhuna hopdurmuş insanlar üçün himnin sözləri də, musiqisi də anlaşılandır, gözəldir.
Bu gün əsas vəzifə dövləti və cəmiyyəti irəlilətmək, qarşıda dayanan milli problemləri çözməkdir. Yəni gücü və enerjini tarixi yadigarları təftiş etməyə yox, millətin başını uca edəcək işlərə yönəltmək lazımdır. Necə ki 100 il bundan əvvəl, tarixin keçid dövründə qurucu babalarımız bunu etmişdilər”.
Qeyd edək ki, millət vəkili Rəfael Hüseynov himnin sözlərinin dəyişdirildiyini deyib:
“Himndə “hüququnu dərk edən əsgər, hərə bir qəhrəman oldu” ifadəsi dəyişdirilib, “hüququndan keçən əsgər” kimi verilib. Bu, məntiqsizlikdir və biz bu gün oxuyuruq. Hesab edirəm ki, himnimizə yenidən baxmalıyıq”.
Həmçinin, millət vəkili “gerb” sözünün “herb” sözü ilə əvəz edilməsini təklif edib.