“Quli”nin gürcü “oğru”nu vuran şəxslə fotosu yayıldı – YENİ SAVAŞ

Baxış sayı:
15556

“Qanuni oğru” Nadir Səlifovun (“Quli”) gürcü “qanuni oğru” Quram Çixladzeyə (Kvejoviç) əl qaldıran “Dikiy Arman” kimi Arman Cumagəldiyevlə birgə fotosu yayılıb. “Yeni Sabah” xəbər verir ki, fotonun nə zaman çəkilməsi və hansı niyyətlə yayılması haqda məlumat yoxdur. Xatırladaq ki, Quram Çixladze Nadir Səlifovla görüşdə vurulub. Arman Cumagəldiyev Quram Çixladzenin “oğru” statusunu daşıdğını bilməyib. Nadir Səlifov Arman Cumagəldiyevin hərəkətini bəyənməsə də, onu cəzalandırmayıb. Bu məsələ Nadir Səlifovla başqa bir gürcü “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) arasında qarşıdurmaya səbəb olub. Badri Koquaşvili bu hadisəyə görə Nadir Səlifovdan “qanuni oğru” statusunun alınması təşəbbüsü ilə çıxış edib. Bu məsələdə Zaxari Kalaşov (“Şakro Molodoy”) da ona dəstək verir. Hesab edilir ki, Nadir Səlifovun Arman Cumagəldiyevlə fotosunun yayılması təsadüfi deyil. Görünür, “Quli” bununla sona qədər Arman Cumagəldiyevi müdafiə edəcəyinin mesajını verir. Arman Cumagəldiyev Qazaxstanın Almatı və Şımkənd şəhərlərində bir sıra kriminal münaqişələrdə iştirak edib. 2005-ci ildə Qazaxıstanda keçirilən prezident seçkiləri zamanı bir müxalif namizədin olduğu restoranda kütləvi dava edib. Qazaxıstanın yüksək rütbəli polislərindən biri onun haqqında bunları deyib: “Arman riskli bir adamdır. Heç bir səbəb olmadan bir adamı döyə bilər, ictimai yerdə kütləvi dava təşkil edə və ya hətta rəqiblərlə atışa da bilər".