“Quli”nin düşmənləri güllələndi – ŞOK VİDEO

Baxış sayı:
2536

Abxaziyanın Suxumi şəhərində iki qanuni oğru qətlə yetirilib. Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə "San-Remo" restoranında baş verib. “Qanuni oğru”lar Astamur Şamba (“Astik Qadautskiy”) və Alxaz Avidzba (“Xasik”) həmin restoranda olarkən güllələniblər. Astamur Şamba yerindəcə ölüb, Alxaz Avidzba isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində təsadüfən həmin vaxt restoranda olan bir neçə şəxs də xəsarət alıb. Güllələnən “qanuni oğru”lar Abxaziyanın “oğru dünyası”nın önəmli isimlərindən olan Raul Barsbaya (“Pıza”) yaxın şəxslər olub. Güllələnən şəxslər bundan əvvəl kriminal aləmin nüfuzlu “qanuni oğru”ları olan Merab Canqveladzenin (Merab Suxumskiy) klnanının üzvləri Alxaz Aqrba (“Alxaz Qudautskiy”) və Tengiz Lakerabayanı (“Tenqulyaşa”), həmçinin Nadir Səlifova (“Quli”) yaxınlığı ilə seçilən Niko Dqebuadzeni (“Nika Qaqrinskiy”) təhqir etmişdilər. “Qanuni oğru”ların qətli Abxaziyada az qala fövqəladə vəziyyətə səbəb olub. Abxaziyanın rəhbərliyi bütün güc strukturlarını ayağa qaldırıb, eyni zamanda sərhədlər qapadılıb. Lakin hələ də killeri yaxalamaq mümkün olmayıb. Xasik Astik Qadautskiy