"Qüdsün yeni Səlahəddini ƏRDOĞANDIR”

Baxış sayı:
3817

Əlcazairin tanınnan qəzetlərindən olan “Lexpression”da dünən dərc olunan yazıda, Trampın aldığı qərardan sonra İslam dünyasında baş verən təpkisizliyə sərt iradlar yönəldilib.
 
Yazıda Türkiyə prezidentii Ərdoğanın da Qüdsün yeni Səlahəddini olduğu qeyd edilib.
Chaabane Bensaci qələmə aldığı yazıda, dünyada ABŞ-ın aldığı Qüds ilə bağlı qərara ən sərt reaksiyanın Ankara və Tehrandan gəldiyinə diqqət çəkib.
Ərəb ölkələrindən utandırıcı zəif səslərin gəldiyini qeyd edən Bensaci, prezident Ərdoğandan isə böyük tərif və hörmət hissi ilə danışıb. Əlcəzairli jurnalist, Ərdoğan üçün "Qüdsün yeni Səlahəddini” ifadələrini işlədib.
Ərəb ölkələrindən nə isə gözləməyin lazım olmadığını bildirən Əlcəzairli jurnalist, heç birisinin ABŞ və İsrailə qarşı çıxa biləcək gücünün olmadığını qeyd edib. Bölgənin yeni güc mərkəzinin Rusiya ilə güclü əlaqələrə malik Türkiyə-İran əməkdaşlığı olduğunu bildirib.
Müxalifət.az