QÜDS SAMMİTİ! DÜNYAYA ÇAĞIRIŞ EDİLƏCƏK

Baxış sayı:
4591

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qəzzadakı qətliamdan sonra ABŞ və İsrailə qarşı atılacaq addımları müzakirə etmək üçün bu gün İstanbulda növbədənkənar toplanır. Sammitin yekun bəyannaməsində Şərqi Qüdsün Fələstinin işğal altındakı paytaxtı kimi tanınması, BMT-nin dərhal hərəkətə keçməsi, İsrail işğalının sona çatdırılması və 1967 sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində güclü mesajların olması gözlənilir.
 
Qəzzadakı İsrail qətliamınından sonra Fələstin diplomatiyası başlayan Ərdoğan, bu gün İƏT sədri kimi İslam dünyası liderləri ilə İstanbulda bir araya gələcək. Sammitdə Fələstin məsələsində dünyaya önəmli mesajlar verilməsi planlaşdırılır. Sammitdə liderlər səviyyəsində İran prezidenti Həsən Ruhani, İordaniya Kralı 2-ci Abdulla, Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cəbr Əs-Sabah, Əfqanıstan dövlət başçısı Əşrəf Qəni, Mavritaniya prezidenti Məhəmməd Vələd Abdulaziz, Şimali Kipr prezidenti Mustafa Akıncı, Pakistan prezidenti Məmnun Hüseyn, Qətər əmiri Tamim Bin Həməd Al Tani, Azərbaycan prezidenti İlham Əliyev, Fələstinin baş naziri Rami Hamdallah və Sudan prezidenti Ömər Əl Beşir iştirak edəcək. Digər ölkələrin sammitdə hökumət sədri və nümayəndə səviyyəsində yer alacağı bildirilir.
 
DÜNYAYA ÇAĞIRIŞ EDİLƏCƏK
 
Sammitdən sonra yayımlanacaq yekun bəyannaməsində İslam dünyasının Fələstin mübarizəsinin yanında olduğuna, Şərqi Qüdsün Fələstinin işğal altındakı paytaxtı kimi tanınmasına, Fələstində İsrail zülmünün sona çatdırılmasına, BMT və beynəlxalq ictimaiyyətin dərhal hərəkətə keçməsinə və 1967 sərhədlərində müstəqil Fələstin dövlətinin tanınması nəzərdə tutulur.
Prezident Tayyib Ərdoğan, sammit çərçivəsində BMT Fələstin Qaçqınları Üzrə Ali Komissarı Pyer Krahenbühllə görüşündə gündəmə gələn Fələstinli qaçqınlar üçün başlanılan və Ramazan boyu davam etməsi planlaşdırılan yardım kampaniyası üçün liderlərdən dəstək istəyəcək.
Müxalifət.az