“Qüds” QƏRARININ 2 ƏSAS SİYASİ SƏBƏBİ

Baxış sayı:
24

1947-ci il tarixli BMT qərarı çərçivəsində İsrailin paytaxtı Təl-Əviv olaraq tanınır və bütün xarici səfirliklər də bu şəhərdə yerləşir.

1995-ci ildə ABŞ Konqresi "Qüds Qanunu" qəbul edib və Amerika prezidentinə İsrailin paytaxtı olaraq Qüdsü tanımasını, ABŞ səfirliyini də Qüdsə köçürülməsini tövsiyə edib. Ancaq Donald Tramp prezident olana qədər keçən 20 ildə heç bir ABŞ prezidenti bu tövsiyəyə əməl etməyib.
İndi çoxlarını düşündürən bir suala cavab axtarılır ki, əcaba niyə Tramp vədini  6 ay, bir il sonra deyil, indi həyata keçirməyə qərar verib?
Bu sualın çoxyönlü cavabları mövcuddur. Amma 2 əsas səbəb var ki, həm zaman baxımından, həm də prezident Trampın ətrafındakı dairənin getdikcə daraldığını nəzərə alanda daha vacib amil kimi önə çıxır.
 Tramp ölkə daxilində çox sıxışdırıldı və daxili siyasətdə dirəndiyi dalandan, bir "xarici siyasətdə uğur hekayəsi" ilə çıxmaq istəyir. Həm İsrail-Fələstin sülh danışıqlarını canlandırmaq, həm də ABŞ-dakı Yəhudi Lobbisini arxasına alaraq, əleyhinə çevrilən ictimai dəstəyi yenidən qazanmaqla, Amerika dövlətinin Trampın özünün ətrafındakı mühasirəsini qıraraq yerini möhkəmlətmək istəyir.
Yaxın Şərqdə baş verən proseslər, region ölkələrinin ABŞ-a daha yumşaq, mötədilli yanaşmasını əngəlləyir. Səudiyyə Ərəbistanındakı sülalə dəyişikliyinin nəticələri, Misirin hərbi çevrilişçi lideri Sisi ilə Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın Trampla birlikdə hərəkət etməsi, İrana və Qətərə qarşı cəbhə açması, Livan və Suriyadakı vəziyyətin şimal cəbhəsində İsraili rahatlatması konyuktura gətirdiyi ən mühüm üstünlüklərdir. Tramp, Yaxın Şərq ölkələri bir-biri ilə mübarizə apararkən, İsrailin lehinə olacaq uzun vədəli bir nəticə əldə etməyi hədəf ala bilər. Kürəkəni Jared Kuşneri və qrupundan ən yaxşı şəxsləri bu iş üçün yönəltməsi də bunun göstəricisi kimi qəbul oluna bilər.
Müxalifət.az