Qubernator iğtişaşlara görə istefaya göndərildi

Baxış sayı:
7080

İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefaya göndərilib.
 
“RİA Novosti” xəbər verir ki, onun səlahiyyətini müvəqqəti olaraq Bağdad vilayət Şurası yeninə yetirəcək.
 
Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir. İndiyədək aksiyalarda baş verən toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4 mindən çox insan yaralanıb./Azvision.az