​Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto

Baxış sayı:
7822

Dəhşətli qəzanın səbəbi bəlli olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev modern.az -a deyib ki, hadisəsi "VAZ 21010” markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıda gedən avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.
"Araşdırma zamanı o da müəyyən edilmişdir ki, "VAZ 21010” markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.
Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir.
Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".